AP Gürcüstanın üzvlüyü ilə bağlı qərar verdi
Avropa Parlamenti Avropa İttifaqı Şurasına Gürcüstana namizəd statusu verməyə çağırış edən qətnamənin lehinə səs verib. Bundan əlavə, Avropa Parlamenti Avropa İttifaqı Şurasını Ukrayna, Moldova və Bosniya və Herseqovinanın üzvlük danışıqlarına başlamağa çağırır.