!Reklam

Dekabrın 1-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 01 dekabr 2022-ci il tarixində müxtəlif vaxtlarda Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin inzibati binasında Rəstəcə, Gəraybəyli kəndlərindən olan seçiciləri və Alpı kənd tam orta məktəbinin binasında Alpı, Qulabənd, Bağırbəyli kəndlərindən olan seçiciləri qəbul edib.