!Reklam

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olan donuzların Afrika taunu, klassik taunu, qrip və vezikulyar stomatit xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçirəcək.

Prezident İlham Əliyevin aprelin 17-də imzaladığı sərəncamla Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi vəzifəsindən azad edilib, onun yerinə Mürsəl İbrahimov təyin edilib. İbrahimovun vəzifəsini layiqincə yerinə yetirəcəyinə ümid edir, sələfinin dövründə olan çatışmazlıqları aradan qaldıracağına inanmaq istəyirəm.

Azərbaycanda 2020-ci ildən etibarən koronavirus pandemiyası səbəbilə quru sərhədlər bağlı saxlanılır. Üzərindən 3 il vaxt keçməsinə baxmayaraq, sərhədlərin açılması ilə bağlı heç bir qərar mövcud deyil. Vətəndaşlar haqlı olaraq buna etirazlaırnı bildirir, sərhədlərin açılmasını tələb edirlər.