!Reklam

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləşən 34 saylı Şəhər Poliklinikasının qarşısındakı yaşıllıq zolağında ağacların məhv edilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 mart 2023-cü il tarixdən “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinə başlayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxub. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 faizi) inyekson narkotik istifadəçiləri olub.