!Reklam

İstənilən adamın bir “beyin siyahısı” var. Bu siyahıda görəcəyi işlər qərarlaşıb. Görəcəyi önəmli işlər. Kiminin siyahısında bir iş var, kimində beş məsələ düzülüb, kiminçünsə bu siyahı ona qədər çıxır. Bəzən çox qarmaqarışıq olur bu siyahı. Günorta hansısa tanıdığının yası, axşamsa kiminsə toyu yer alır siyahında. Hadisələr o qədər fərqliliklə və çeşidliklə düzülür ki, insan gün ərzində qəlibdən qəlibə düşməli olur. Xəstəxanada kimisə ziyarət edərkən narahat, yasda qəmgin, toyda şən. Yaradılışın mükəmməlliyi bunların hamısını yaşamağa imkan verir. Amma bəzən...