!Reklam

 Xəbər verdiyimiz kimi, "Kapital Bank"ın ödəniş kart sahibləri "Google Pay" vasitəsilə ödənişləri təhlükəsiz və rahat şəkildə edə bilərlər. "Google Pay" istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.

Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.