!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Davam" tərəfindən ilk "Günərzi Yay Düşərgəsi" keçirildi - FOTO

!Reklam – Yazi

20-21 avqust tarixlərində “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, “Aktual” Tədris Mərkəzi və “Badamlı” Təbii Mineral Süfrə Suyunun tərəfdaşlığı ilə İsmayıllı rayonunda 23 gəncin iştirak etdiyi ilk “Günərzi Yay Düşərgəsi” baş tutub.

20 avqust səhər saatlarında İsmayıllı rayonunda gənclərin kamp çadırlarını qurub yerləşməsi ilə düşərgəyə start verilib, daha sonra isə ilkin olaraq kamp qaydaları ilə tanışlıq görüşü keçirilib.

Görüşün ardınca isə nahar fasiləsi və daha sonra Turizm Könüllüləri Təşkilatının direktoru Niyaz Əliyev tərəfindən “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim baş tutub.

Təlimin ardından gün ərzində gənclər arasında müxtəlif intellektual və əyləncəli oyunlar bir-birini əvəzləyib, gecəyə doğru isə açıq havada film nümayişi olub və düşərgə maraqlı müzakirələrlə tonqal ətrafında davam edib.

“Günərzi” düşərgələri “Davam” Gənclər Hərəkatının yeni düşərgə modeli olub iki gün bir gecə formatında həyata keçirilir. Bu düşərgələrin təşkil olunmasında məqsəd mobil düşərgə formatı ilə qısa zamanda daha çox gənci əhatə edərək onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verməkdir.

Qeyd edək ki, “Günərzi” düşərgələrinin yay və qış mövsümlərində davamlı icra olunması planlaşdırılır.

www.yenicag.az

191
Ads
www.veteninfo.com
!Reklam – Arxiv