!Reklam

Bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında "bakutime.az" saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. May ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

"Bakcell" şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönəlmiş növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməslidir.