!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist: “Aktyor buna məcburdur, çünki dolanmalıdır”

!Reklam – Yazi

“Özüm çəkilmirəm, amma çəkilənlərə də müsbət baxıram. Çünki serial aktyora həm maddi, həm də mənəvi cəhətdən dayaqdır. Bir var, yaradıcılığa fasilə verəsən, oturub gözləyəsən, bir də var, vaxtını yaradıcılığa sərf edəsən…”

Bunu Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

O, digər həmkarlarından fərqli olaraq, serialara çəkilməməsinin səbəblərini də açıqlayıb:

“Açığı deyim ki, özüm bir tamaşaçı kimi seriallara baxmıram. Amma bu o demək deyil ki, seraillara çəkilənlərin əleyhinəyəm, ya onları bəyənmirəm, yox. Sənətdən əlavə, aktyor həm də dolanmalıdır, pul qazanmalıdır. Ona görə də həmkarlarımın seriallara çəkilməsinə normal baxıram. Amma bir dəftər sözü əzbərləyib seriallara çəkilən aktyorlara qəhrəman deyərdim. Teatr, kino sənəti incəsənətin bir növüdür. Seriallar da. Sənət adamları bu işlə məşğul olaraq həm mənəvi, həm də maddi dolanışıqlarını təmin edirlər. Bu mənada serialların çəkilməsini dəstəkləyirəm.

Özümə gəlincə, rejissorlar tərəfindən çox dəvətlər almışam. Amma cəmi bir seriala çəkilmişəm. 50 seriyalıq bir serial idi, türkiyəli rejissor Osman Albayrak tərəfindən çəkilib. Demək olar ki, filmin əsas qəhrəmanını canlandırmışam. Ondan sonra seriallara dəvət aldım, amma çəkilmədim. Çünki kənardan baxanda asan görünür, əslində, belə deyil. Sözlərin əzbərlənməsi, saatlarla çəkiliş meydançasında olmaq mənim üçün uyğun deyil. Çünki tetarda da işlərim var, digər yaradıcılıq işləri də bir yandan. Aktyorun səhhəti də buna imkan verməlidir. Bütün bunları nəzərə alsaq, mənlik deyil”.

Cəvahir

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv