!Reklam

Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini bu illər ərzində qoruyub saxlayan "TuranBank" xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirərək yeni Abşeron filialını müştərilərin istifadəsinə verib. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.