!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda qeyri-sabit DALĞALANMA: Bahalaşma nə vaxta qədər davam edəcək? - Ekspert RƏYİ

!Reklam – Yazi

“Rusiya-Ukrayna müharibəsi yekunlaşandan sonra inflyasiya meyilləri azalacaq”.

Bu sözləri son aylar dünya ərzaq bazarında qiymətlərin ucuzlaşmasına münasibət bildirən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.O qeyd edib ki, inflyasiyanın mənfi təsirlərindən maksimum qorunmaq üçün idxaldan asılılıq minimum səviyyəyə endirilməlidir:

“Demək olar ki, iyul ayına qədər bir çox ölkələrdə ərzaq qiymətləri indeksi sürətlə artmaqda idi. Lakin müxtəlif ölkələrdə manitar siyasətin sərt şəkildə aparılması, o cümlədən ABŞ-də Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırması iqtisadi aktivliyin artmasına və inflyasiyanın nisbətən səngiməsinə səbəb olub. Bəzi ölkələrdə, həmçinin Azərbaycanda inflyasiya sürəti azalsa da, ümumilikdə vəziyyət tam yaxşılaşmayıb. Ona görə də ümumi istehlak qiymətləri indeksi 13 faiz qiymətləndirilir. Ərzaq qiymətləri indeksi isə 21 faizə çatıb. Digər istehlak məhsullarında isə qiymət artımı daha aşağıdır. Bu gün yağ məhsullarının qiyməti inflyasiyaya daha çox reaksiya verir. Hesab edirəm ki, ilin sonuna kimi bahalaşma sürəti azalacaq.

Fikrimcə, kompleks şəkildə atılan addımlar inflyasiyanın qarşısını almağa imkan yaradacaq. Belə ki, müvafiq qurumlar tərəfindən tənzimləmələr, idxalın stimullaşdırılması, sahibkarlığa dəstəyin göstərilməsi ölkədə inflyasiyanın cilovlanmasına birbaşa xidmət edir. İnflyasiya qlobal problemdir. Azərbaycanın idxaldan asılılığını nəzərə alsaq, inflyasiyanın orta qlobal təsiri hələ bir müddət qalacaq. Ümumilikdə Rusiya-Ukrayna müharibəsi yekunlaşandan sonra inflyasiya meyilləri azalacaq. 2023-cü ilin ortalarına doğru qlobal iqtisadiyyatda stabilləşmə gözlənilir”.

Qeyd edək ki, beynəlxalq analitiklər payız ayında bahalaşmanın gözlənilmədiyini proqnozlaşdırıblar.

Gülşən Şərif

www.yenicag.az

486
Ads
www.veteninfo.com
!Reklam – Arxiv