!Reklam

Koronavirusun əlamətləri içərisində ən arzuolunmazlardan biri baş-beyinin inteqrativ və koqnitiv funksiya pozğunluğudur. "COVİD-19"u orta ağır, xüsusən ağır keçirərək süni tənəffüs aparatına qoşulmuş bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi sağaldıqdan sonra beyinin sanki “dumanlanması“, yaddaş pozğunluğu, bəzən gündəlik təmasda olduğu şəxs və məkan adlarını xatırlamaması, diqqət çatışmazlığı, düşüncə, hətta nitq pozğunluğundan əziyyət çəkirlər.