Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Orduda rüvşət hallarının artması barədə çox sayda informasiyalar oxuyuruq. Dövlət qurumları bununla bağlı hərəkətə keçməlidir. Haqsızlıqlara dözməyən hərbçilər xidmət etmək istəmirlər. Unutmamalıyıq ki, ölkənin əsas dayağı ordudur".
"Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgərin Bakıda təşkil olunan Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu və "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı ilə bağlı açıqlaması qardaş ölkənin mötəbər xəbər portallarında dərc edilib.
Lombardlarla bağlı yeni qanunvericilik bazasının yaradılması gözlənilir. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.
Dünya xalqlarının həyatında xüsusi yeri olan, əlahiddə bayram Müstəqillik Günü ilə bağlıdır. Bu bayramın əlahiddəliyi ondadır ki, müstəqillik əldə edən xalq öz varlığını beynəlxalq münasibətlərin subyekti kimi təsbit edir, dövlət atributları ilə dünya miqyasında tanınır. Lakin həyat sübut edir ki, müstəqilliyin elan olunması ilə onun mütləq mənada təmin edilməsi arasında bərabərlik işarəsini qoymaq bəzən çətin olur. Bəzən də dövlət müstəqilliyini elan etmiş xalq qısa müddətdə onu itirmək məcburiyyətində qalır. Necə ki, 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra bolşevik işğalına məruz qaldı və nəticədə süquta uğradı. Ulu öndər Heydər Əliyev məhz bu tarixi gerçəkliyi nəzərə alaraq, yaşadıqlarımızı unutmamaq və onlardan nəticə çıxara bilməyimiz üçün belə demişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.