!Reklam

“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyətinin Riqaya səfəri çərçivəsində Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktor Andceys Vilumsons, Latviya Prezidentinin Müşavirlərinin Ofisinin rəhbəri, Prezidentin mədəni məsələlər üzrə müşaviri Sarmite Elerte və nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının latviyalı həmsədri Talis Linkaits ilə görüşlər keçirib.