!Reklam

Aprelin 19-21-də Azər­baycanın Preziden­tinin köməkçisi – Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

İtaliyanın ilk beynəlxalq xidmət provayderi və dünyanın aparıcı operatorlarından biri olan Sparkle şirkəti ilə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatoru AzerTelecom şirkəti arasında Azərbaycan vasitəsilə Avropa və Asiyanı birləşdirən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədini daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.