!Reklam

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq. “Zirə” doğma meydanda “Səbail”i qəbul edəcək. Turun qapanış matçında “Neftçi” ilə “Sabah” üz-üzə gələcək. Qeyd edək ki, ilk oyun günündə baş tutan “Qəbələ” – “Sumqayıt” matçı heç-heçə (1:1) bitibsə, “Qarabağ” “Şamaxı”ya 8:0 hesabıyla qalib gəlib. Azərbaycan Premyer Liqası 23-cü tur 16 aprel “Zirə” – “Səbail” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev. Zirə İdman Kompleksinin stadionu, 18:15. “Neftçi” – “Sabah” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov. Bakı. “Bakcell Arena”, 20:30.

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.