!Reklam

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi istiqamətində çox mühüm addımlar atılıb, genişmiqyaslı sosial paketlər icra edilib. Bütün sahələrdə çalışan vətəndaşların əməkhaqları, o cümlədən, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütün bunlarla yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkili, habelə din xadimlərinə dövlət qayğısının təzahürü olaraq, rəsmi təyinat almış din xadimlərinə verilən maddi dəstəyin artırılması həyata keçirilib.

"Azərbaycan və erməni xalqı əbədi düşmən deyil. Bizi imperiya mərkəzi, xüsusi xidmət orqanları düşmən etdi. Onlarda bizə, bizdə də onlara nifrət edən adamlar var. Bu adamları müalicə etmək lazımdır. Onalara izah etmək lazımdır ki, mədəni cəmiyyətlərdə irqi, milli, cinsi ayrı-seçkilik olmur. Bunlar hamısı həm Azərbaycan, həm də Ermənistan konstitusiyalarında qadağandır. Cinayət Məcəlləsində də qadağandır. Bu maddələri işə salmırdılar. Müharibə bizi mədəni insan qiyafəsindən çıxarıb yırtıcıya çevirmişdi. İndi yavaş-yavaş mədəni insan vəziyyətinə qayıdırıq".

Cəmiyyətimiz artıq yaxşı bilir ki, dövlətimizin başçısı istər Qarabağa və Şərqi Zəngəzura səfərləri çərçivəsində, istər regional və geoiqtisadi layihələrin təməlqoyma mərasimlərində, istərsə də keçirdiyi müşavirələrdə ictimai fikri məşğul edən suallara aydınlıq gətirmək ənənəsinə sadiqdir. Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirə də istisna təşkil etmədi.