Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
"Azərbaycanın təbii sərvətləri var deyə hakimiyyət dünyanın dediklərinə o qədər də fikir vermir. Bir tək Rusiya ilə hesablaşırıq. Ancaq Ermənistan Rusiya ilə də, Avropa ilə də, ABŞ ilə də hesablaşmalıdır. Çünki onun mövcudluğu xarici ölkələrin xoş münasibətindən aslıdır".
Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biri ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə olunmasıdır. Təbii, insanın həyatında və fəaliyyətində təbiətin rolu danılmazdır. Buna görə də 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub. Ağstafa rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək.