!Reklam

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

"Bu il Azərbaycanla-Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu gün Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu tarixi xatırladıb və hər iki dövlət arasında münasibətlərin həm geosiyasi, həmdə geostrateji əhəmiyətini xüsusi vurğulayıb. Qeyd edək ki, Avropa məkanında yerləşən digər ölkələrdən fərqli olaraq, Britaniyanın Azərbaycana münasibəti həmişə müsbət cəhətdən fərqlənib".