!Reklam

Xəzərin şərqində - Qazaxıstanda baş verən həyəcanlı hadisələri Xəzərin qərb sahilindən - Azərbaycandan şərh edərkən bəzi incə detalları bilməmək mümkündür, amma məhz bu detalları bilmək hadisələrin yaranmasının səbəbləri, inkişafı və perspektivi haqqında daha aydın təsəvvür yaradır. 7 yanvarda “Exo Moskvı” nəşrində tarix elmləri doktoru, politoloq Andrey Zubovun Qazaxıstan hadisələri haqqında məqaləsi belə detallarla zəngindir və səhnə arxasında baş verənlərin mahiyyətinə işıq tutur. Klanlararası siyasi mübarizə bizim cəmiyyətə də yad deyil və bəzən həlledici situasiyalarda əsas şərt kimi vacib rol oynadığının şahidi olmuşuq. Bu mənada, məqalənin maraqla qarşılanacağını nəzərə alıb diqqətinizə çatdırırıq.