Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.
Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Azərbaycan Respublikası və Estoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets arasında məktub mübadiləsi baş tutub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır.
Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 20 m² sahədə, binanın dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.