!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kremlin “9 may PLANI”: Putin öz xalqına hansı “qələbə”ni sırıyacaq? - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Ukraynanın Müdafiə Nazirliyi Rusiya siyasi-hərbi rəhbərliyinin qarşıdakı həftələr üçün planlarını açıqlayıb.

Yenicag.az pravda.com-ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik danışıb.

Onun sözlərinə görə, Rusiyanın işğalçı qüvvələrinin qarşısında mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin hüdudlarına çıxmaq və ilhaq edilmiş Krımla quru yol “dəhliz”ini nəzarətdə saxlamaq əmri verilib:

“İndi onların məqsədi tamamilə aydındır: Ukrayna hərbi qüvvələrini Donetsk və Luqansk vilayətlərindən vurub çıxarmaq, həmçinin Krıma qədər olan quru yol “dəhliz”ini nəzarətdə saxlamaq. Rusiya hakimiyyəti məhz belə bir “qələbə”ni öz xalqına sırımağa cəhd göstərəcək. Ancaq Rusiya öz fəaliyyətini bu planla məhdudlaşdırmayacaq”.

Polkovnik əlavə edib ki, Rusiya işğalçıları qarşıdakı müddətdə daha geniş əraziləri tutmaq üçün bir sıra istiqamətlərdə, xüsusilə Xerson vilayətində hücumları intensivləşdirməyə çalışacaq. O, Rusiyanın bu məqsədlə canlı qüvvə və texnika cəmləşdirməyə davam etdiyini deyib.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv