!Reklam

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

8 aprel tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim heyəti iştirak edib.