Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycanda bir çox dövlət və özəl qurumların vətəndaşlara təqdim etdikləri onlayn xidmətlərin “fayda”sı əksər hallarda sadəcə vaxt itkisi olur. İnformasiya […]
2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə […]
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə tarixi ədaləti və beynəlxalq hüququn aliliyini təmin etməklə yanaşı, həm də bölgəmizdə yeni reallıq yaratdı. Müharibədən sonrakı dövrdə dövlətimizin atdığı addımlar məhz ona xidmət edir ki, yaratdığı yeni reallıq daha etibarlı və daha dayanıqlı olsun. Çünki Ermənistanda hələ də revanş hissi ilə yaşayan və xaricdəki bəzi dairələr tərəfindən himayə olunan siyasi kəsimin varlığı danılmaz faktdır. Azərbaycan hakimiyyəti təkcə bu təhlükənin böyüməsi ehtimalına görə deyil, ilk növbədə, bölgəmizə dinc, təhlükəsiz və firavan həyatı gətirmək istədiyi üçün regionda iqtisadi inteqrasiyanın dərinləşməsi və şaxələndirilməsi yolunu seçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr bütün qonşu dövlətlərə, hətta ənənəvi cığallığından əl çəkəcəyi təqdirdə Ermənistana belə, yalnız rifah gətirə bilər.