!Reklam

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

"Bu il Azərbaycanla-Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu gün Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonu qəbul edərkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu tarixi xatırladıb və hər iki dövlət arasında münasibətlərin həm geosiyasi, həmdə geostrateji əhəmiyətini xüsusi vurğulayıb. Qeyd edək ki, Avropa məkanında yerləşən digər ölkələrdən fərqli olaraq, Britaniyanın Azərbaycana münasibəti həmişə müsbət cəhətdən fərqlənib".

"Rusiyaya iqtisadi zərər vermək istəyirlər, ancaq dünya iqtisadiyyatı da zərər görür. Neftin, qazın qiyməti kəskin sürətdə artıb. ABŞ-də benzinin qiyməti dəfələrlə artıb. Qərb liderləri, beynəlxalq aləm bütün bu çətinliklərə dözməyə hazırdır. Təki Rusiya zəifləsin. Bunlara baxmayaraq, Putin hikkəsindən geri addım atmır. Hesab edirəm, müharibə bir ay da davam etsə, Rusiyada oliqarxlar elə müflisləşəcəklər ki, Rusiyada mərkəzdənqaçma meyilləri güclənəcək".

2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.