Ölkəmizdə kriptovalyutaya MARAQ: "Azərbaycan bazarda aktivlik qazanmaq istəyirsə..." - İqtisadçı ilə MÜSAHİBƏ
Bu gün dünyada kriptovalyutalara, xüsusən də "Bitcoin"ə maraq yüksək səviyyədədir. Ötən il Azərbaycanda ilk kriptovalyuta birjası yaradılsa da, bu sahəyə maraq arzuolunan səviyyədə deyil. Baxmayaraq ki, Azərbaycandakı kriptovalyuta birjasında 3 kriptovalyutanı - "Bitcoin" (BTC), "Ethereum" (ETH) və "Ripple" (XRP) manatla alıb-satmaq mümkündür. Cəmiyyətdə formalaşan fikrə görə, ölkədə kriptovalyuta almaq sərfəli deyil və riskləri daha çoxdur.