Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Sumqayıtda qanunsuz parklanma ilə əlaqədar gün ərzində keçirilən reydlər zamanı 78 sürücü, ictimai nəqliyyatda maskadan istifadə etməyən 62 nəfər barəsində inzibati protokol tərtib edilib.
Bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib. Qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Milli Məclisin bu gün keçirilən plenar iclasında sözügedən qanun layihəısi qəbul edilib.
“Qadın həyat yoldaşını bıçaqlayaraQ qətlə yetirdi”, “Gənc xanım sevdiyi kişini öldürdü” və s… Son vaxtlar bu cür xəbər başlıqlarına tez-tez rast gəlirik. Buna səbəb nədir, belə qətllərin təməlində nə dayanır?