!Reklam

Bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvaroktyabr aylarına nisbətən 105,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,0 faiz təşkil edib.

Dekabr ayının 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib.

Ölkənin qabaqcıl pərakəndə satış brendlərindən olan “Kontakt” korporativ müştərilərə Yeni il münasibətilə xüsusi şərtlər təklif edir. Belə ki, yalnız dekabr ayı ərzində “Kontakt”dan korporativ şərtlərlə məhsul almaq istəyənlər köçürmə yolu ilə və nağd alışda 60 %-dək endirimlərdən yararlana biləcək.