!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana verilməli olan SƏRT CAVAB: "Erməni tərəfi gücdən başqa heç bir dildən anlamır"

!Reklam – Yazi

“Komissiya fəaliyyətə başlayandan sonra ermənilər daha uyğun şərtlərə və mövqelərə çıxmaq niyyətində olacaqlar, Azərbaycan da bununla razılaşmayacağı təqdirdə bəzi yerlərdə qarşıdurmalar qaçınılmaz olacaq”.

Bu sözləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya prosesi fonunda baş verən və gələcəkdə baş verə biləcək atəşkəsin pozulması hallarını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, sərhəddə atəşkəsin pozulması halları səngimək yerinə daha da artacaq:

“Azərbaycanın istəyi ondan ibarət idi ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə Ermənistan tərəfindən razılıq verilsin. Görünən də odur ki, Soçi görüşündən sonra Ermənistan bu razılığı verməyə məcbur edildi. Bundan sonra Rusiya üçtərəfli komissiyasını yaradacaq, delimitasiya və demarkasiyaya nəzarət edəcək heyətini Ermənistana göndərib. Əslində, onlar orada olmalıdır ki, həm Ermənistan tərəfindən komissiya yaradılsın, həm də Azərbaycan. Daha sonra yaradılmış komissiyanı koordinasiya etsinlər. Əslində, bu, prosesin birinci mərhələsidir.

İkinci mərhələ ondan ibarət olacaq ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına bu və ya digər formada razılıq versin. Ola bilsin, bu razılıq sərhədin delimitasiya və demarkasiyasının bir hissəsi olsun. Ola da bilər, başqa bir sənəd imzalanacaq. Görünən odur ki, sərhəd məsələsi tez bir zamanda həll olunmayacaq. Gələcəkdə Zəngəzur dəhlizi açılacaqsa, ora nəzarəti də Rusiya yerinə yetirəcək. O heyətin Ermənistana getməsinin səbəbi prosesləri sürətləndirməkdir. Təzyiq olmadıqda erməni tərəfi sözünün arxasından qaçır və siyasi qərar vermir. Bu siyasi qərarın verilməsi üçün də Rusiya Ermənistanı məcbur edəcək.

Sərhəddə atəşkəsin pozulmasını erməni tərəfi xeyirlərinə olacaq proses kimi görürlər və ona görə də atəşkəsi pozurlar. Düşünürlər ki, komissiya işə başlayacaqsa, mövqeləri elə olsun ki, üstünlük əldə edə bilsinlər. Dolayısı ilə delimitasiya bitənə qədər ermənilər bu sənədi provokasiya edəcəklər. Proseslər baş verəcəksə, ermənilər daha uyğun şərtlərə və mövqelərə çıxmaq niyyətindədirlər. Azərbaycan da bununla razılaşmayacağı təqdirdə bəzi yerlərdə qarşıdurmalar qaçınılmaz olacaq. Ermənistan atəşkəsi pozur və onun qarşılığında bir şəhid veririksə, cavabında erməni tərəfi 3-4 misli itki verəcək. Azərbaycan bir şəhid veribsə, yaxın günlərdə erməni tərəfinə neçə tabutun getdiyini görəcəyik”.

Hərbi ekspertin sözlərinə görə, bundan sonra taktiki yüksəkliklər uğrunda mübarizə gedəcək:

“Tərəflər taktiki yüksəklikləri ələ keçirmək uğurunda mübarizə aparacaq. Kim hansı taktiki yüksəklikdə olacaqsa, sənəd üzərində bunu qəbul etdirməyə çalışacaq. Düşünmürəm ki, sərhəddə baş verən atəşkəsin pozulma halları azalacaq. Delimitasiya bitənə qədər bu kimi hadisələrin baş verməsinə hazır olmalıyıq Düşünürəm ki, biz hazırıq. Azərbaycan tərəfi sərhəddə adekvat cavab verə bilir. Sərhəddə əməliyyat şəraiti Azərbaycanın nəzarəti altındadır. Erməni tərəfi gücdən başqa heç bir dildən anlamır. Erməni tərəfi xoşluqla sənədə imza atmır. Mütləq əsir düşməli, itki verməlidirlər ki, sənədlərə imza atsınlar. Psixoloji olaraq biz onları buna öyrətdik”.

Səxavət Məmməd

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv