Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs Ziya Bünyadov prospektinin kənarında yerləşən “Azərenerji” ASC-yə məxsus yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşən əraziyə daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa cəhd ediblər. Polis əməkdaşları tərəfindən onların bu hərəkətinin qarşısı alınıb və profilaktik söhbət aparılaraq ərazidən uzaqlaşdırılıblar”.
Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçirilib.
Azərbaycanda nərə balığı ehtiyatlarının artırılması ilə bağlı işlər görülsə də, ölkənin bir çox bazarlarında nərə balığının açıq satışı həyata keçirilir.