Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl tədris kurslarının keçirdikləri sınaq imtahanlarını tənqid edib.

Yenicag.az xəbər verir ki, DİM sədri sosial şəbəkədə canlı yayım zamanı valideynlərə müraciət edərək bildirib ki, onlar internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə bilərlər:

“Kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində kodlaşdırma və digər vərdişləri əldə edə bilirlər. Bu baxımdan, kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Belə imtahanı aparan kifayət qədər özəl kurslar var. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Burada qiymətləndirmə təkcə skanerlə hesablamaq deyil. Biz açıq suallar da təklif edirik və onları ekspertlər qiymətləndirirlər. Ona görə də, özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

www.yenicag.az

185
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100