Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Kirayə pulunu verə bilməyən şəhid anasının intihara cəhd etdiyini xəbər vermişdik. 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Sahib Azər oğlu Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova 20-dən artıq dərman qəbul edərək canına qıymaq istəyib. Səbəb isə 1 ilə yaxındır Gəncə şəhər icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi ilə əlaqələndirilir.
Oktyabrın 26-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.