!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artisti maşın vurdu: Vəziyyəti ağırdır - FOTO

!Reklam – Yazi

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Hadisə Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan Qaynarinfo-ya verilən məlumata görə, oktyabrın 26-sı saat 19:05-də gətirilən əməkdar artist cərrahi əməliyyata alınıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.

1 saylı Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə isə xəstə ağır vəziyyətdə dünən xəstəxanaya daxil olub:

“Xəstənin çanaq sümüyü sınıb. Onun vəziyyəti ağır olduğundan dərhal müdaxilə edilərək cərrahi əməliyyat edilib. Hazırda reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağır olaraq qalır”.

Səhnə adamını vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilib.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv