Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
"Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" və "Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti" İctimai Birliklərinin birgə təşkilatçılığı, "Davam" Gənclər Hərəkatının dəstəyi ilə ali təhsil almaq üçün qardaş ölkə Türkiyədən Azərbaycana gələn gənclərimizlə görüş keçirilib.
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Vətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.