!Reklam

“Gənclərin Töhfəsi” İctimai Birliyi 01 oktyabr 2021-ci ildən etibarən “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” adlı layihənin icrasına başlayır. Layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir.