Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nazirdən məktəb yaşının azaldılması TƏKLİFİ: "Yaxşı olar ki, təhsilin keyfiyyəti artırılsın" - REAKSİYA

Reklam: High Technic

“5 yaşda əldə olunan bilik uşağın dünyagörüşünə müəyyən qədər təsir etsə də, yaşa görə biliyin çoxluğu gələcəkdə şagirdin ümumi psixi pozğunluğuna yol açır”.

Bu sözləri təhsil naziri Emin Əmrullayevin uşaqların məktəbə başlama yaşının azaldılması ilə bağlı təklifini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert hesab edir ki, indiki dövr üçün bu dəyişiklik yolverilməz haldır:

“Təhsil nazirinin təklifində məktəbə başlamanın 5 yaşa endirilməsi nəzərdə tutulur. Düzdür, valideynlər övladlarının az yaşdan daha çox bilik əldə etməyini istəyir, ancaq bu istək gələcəkdə müəyyən fəsadlara yol açır. Beynəlxalq təcrübədə də 5 yaşlı uşaqların bilik əldə etməsi üçün erkən məktəbə başlamasının doğru yanaşma olmadığı görünür. Bu yalnız xüsusi istedadlı uşaqlar üçün mümkündür. Çünki hər il fors-major hal kimi 5 yaşlı uşaqların məktəbə qəbul edilməsi faktı var. Valideynlər, adətən, 3-4 yaşlı uşağını məktəbəqədər hazırlıq qruplarına yazdırırlar. Lakin bu, məktəbə başlamanın 5 yaşda olmasına əsas vermir. Bu yaşda əldə olunan bilik uşağın dünyagörüşünə müəyyən qədər təsir etsə də, gələcəkdə şagirdin ümumi vəziyyətində problemlər yaradır. Bununla yanaşı, şagirdin müəyyən fənnlər üzrə əldə edəcəyi biliklərin qarışmasına və xaotik vəziyyətin yaranmasına səbəb olur.

Doğrudur, müasir dövrdə informasiya texnologiyalarının inkişaf etməsi nəticəsində aşağı yaş kateqoriyasında olan uşaqlar daha çox biliklər əldə edə bilirlər. Təxminən 20 il əvvəlki dövrlə müqayisədə indiki uşaqların fərqini açıq şəkildə görmək olur. Lakin bu amil uşaqların məktəb yaşını aşağı salmağa zəmin yaratmamalıdır. Yaxşı olar ki, təhsilin keyfiyyəti artırılsın. Bunun üçün dərsliklərdə sadələşmə aparılmalı və müvafiq təhsil müəssisələrində müasir innovasiyalara cavab verən sistemlər qurulmalıdır. Bununla yanaşı, təcrübəli pedaqoji heyət formalaşdırılmalıdır. Əgər məktəb yaşı 5 yaşa endirilsə, bu halda şagirdlərin dərs proqramı azaldılmalıdır. Həmçinin dərsliklərdə yer alan mövzuların sayı az olmalıdır. Nəticədə uşaqların beyinlərinin vaxtından tez qocalmasının qarşısını almaq mümkün olacaq”.

Gülşən Şərif

www.yenicag.az

630
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100