!Reklam

26 oktyabr tarixində "Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən "Davam" Mədəniyyət Klubunun təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə musiqi dünyamızın əbədi səsli sənətkarı Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə "Davam" Gənclər Hərəkatının katibliyi və 100-dən çox davamçı gənc iştirak edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Şəmiyev Sevan Kazım oğluna məxsus "Nicat Plaza” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Kirayə pulunu verə bilməyən şəhid anasının intihara cəhd etdiyini xəbər vermişdik. 2020-ci ilin 17 oktyabrında Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhadətə yüksələn Sahib Azər oğlu Həsənovun anası Vüsalə Gülbala qızı Məmmədova 20-dən artıq dərman qəbul edərək canına qıymaq istəyib. Səbəb isə 1 ilə yaxındır Gəncə şəhər icra başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməməsi ilə əlaqələndirilir.