Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi başa çatıb.
23 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən 4 günlük təlim başa çatıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirlərinin "persona non qrata" elan edilməsilə bağlı tapşırıq verib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.