!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan təlimat verdi: 10 ölkənin səfiri "persona non qrata" elan ediləcək

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirlərinin “persona non qrata” elan edilməsilə bağlı tapşırıq verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ərdoğanın özü danışıb.

Prezident qeyd edib ki, XİN rəhbəri Mövlud Çavuşoğluna bununla bağlı göstəriş verib:

“Yatırlar-dururlar Kavala, Kavala. Kavala dediyiniz Sorosun Türkiyə şöbəsidir. 10 səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir. Siz Türkiyəni nə zənn edirsiniz? Bura Türkiyədir, qəbilə dövləti deyil. Nazirliyə gəlib təlimat verə bilməzsiniz.

Xarici işlər nazirimizə göstəriş verdim, nə etməli olduqlarını söylədim. “Bu 10 səfirin bir an öncə “istənməyən adam” elan edilməsini dərhal təşkil edəcəksiniz”, – dedim”.

Qeyd edək ki, Osman Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur. Sözügedən ölkələrin diplomatları Osman Kavalanın azadlığa buraxılmasını tələb etmişdilər.

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv