Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Oktyabrın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Bir neçə gün əvvəl– sentyabrın 27- də Bakı şəhərində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq başda Prezident, Ali Baş Komandan İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla təşkil edilmiş yürüşün şahidi olan hər kəs qürur, iftixar hissi keçirdi. Həm dövlət başçısının, həm də birinci xanımın, eləcə də, yürüşün digər iştirakçılarının əllərində şəhidlərimizin hər birinin fotolarından ibarət plakatlar aparmaları Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımıza göstərilən ehtiramın ən ali zirvəsi idi.
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.