Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hərbi jurnalist Səxavət Məmməd İsveçdə Vətən müharibəsindən danışdı - FOTO

Reklam: High Technic

Hərbi jurnalist, “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd İsveçdə 44 günlük Vətən müharibəsindən danışıb.

Yenicag.az xəbər verir ki, İsveç Azərbaycan Federasiyası və İsveç Aydınlar Birliyi tərəfindən təşkil edilən müsabiqədə birinci yeri tutan Səxavət Məmməd İsveçə dəvət edilib.

Paytaxt Stokholmda xüsusi təşkil edilmiş seminarı İsveç Azərbaycan Federasiyası sədrinin müavini Teymur Eminbəyli açıb.

Seminarda çıxış edən Səxavət Məmməd Vətən müharibəsinə aparan yol, istifadə edilən savaş taktikaları və müharibə təcrübələrini dinləyicilərlə bölüşüb.

Müharibənin gedişində Türkiyənin Azərbaycana verdiyi dəstək, bölgə ölkələrinin tutduğu mövqenin savaşın nəticəsinə təsiri və bu kimi mövzular haqqında danışan Səxavət Məmməd ona belə bir imkan tanıdıqları üçün təşkilatçılara təşəkkürünü bildirib.

Seminarda İsveçdə yaşayan azərbaycanlılar, isveçlər, diaspor nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Səxavət Məmməd paytaxt Stokholmda yanaşı, Göteborq və Halsinqborq şəhərlərində də olacaq.

www.yenicag.az

432
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100