!Reklam

24 dekabr 2020-ci il tarixində Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib. Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.

Müharibədə yalnız döyüşməklə qalib gəlmək mümkün deyil. Qələbə arxa və ön cəbhənin vəhdəti sayəsində qazanılır. “Müharibə kişilərin işdir”, deyirlər. Lakin müharibədə qadınların fəaliyyətini əsla danmaq olmaz. Bu zaman həkimlər, tibb bacıları daha çox göz önünə gəlsələr də, xanımların işi tək bununla məhdudlaşmırdı.