!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda MTK vətəndaşın obyektini sökdü - Video

!Reklam – Yazi

Abşeron rayonunda MTK rəhbəriyi vətəndaşa sökdüyü obyektin əvəzini verəcəyini desə də, vədinə əməl etməyib.

Yenicag.az xəbər verir ki, zərərçəkmişin bütün qanuni sənədləri olmasına baxmayaraq, obyektinin pulunu hələ də ala bilməyib.

Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, tikinti şirkəti məsuliyyətdən yayınmaq üçün iki dəfə adını dəyişib.

Vətəndaşın obyekti sökülərək, yerində hündürmərtəbəli bina tikilib. Hadisə Abşeronun Xırdalan şəhərində baş verib.

Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, Xırdalan şəhərinin mərkəzi küçələrinin birində ona məxsus qanuni sənədli obyekt olub. Həmin ərazidə yeni tikiləcək binanın birinci mərtəbəsindən  vətəndaşa söküləcək obyektinin əvəzində yer  təqdim ediləcəyi vədi verilib. Hətta onunla MTK rəhbərliyi arasında müqavilə də bağlanılıb.

Həmin vaxtdan düz yeddi il keçsə də, zərərçəkmişə obyekt verilməyib.

Məsələ ilə bağlı “Fam 88”  MMC-nin təsisçisi Fəxrəddin Hüseynovla telefon əlaqəsi yaradılıb. O, “Xəzər Xəbər”ə bildirib ki, onlar zərərçəkmişlə öz aralarında müqavilə bağlayıblar. Rafael Yusifova məxsus obyektin yeri keçid hissəyə düşdüyünə görə vətəndaşların şikayəti əsasında orada söküntü işləri aparılıb. Ancaq buna baxmayaraq, zərərçəkmişə yaxın günlərdə başqa bir yerdən obyekt təqdim ediləcək.

Qeyd edək ki, zərərçəkmiş Rafael Yusifov məsələ ilə bağlı məhkəməyə müraciət edib. İşə baxılıb və zərərçəkmişin şikayətinin təmin olunmasına dair qətnamə də çıxarılıb. (Xezerxeber.com)

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv