!Reklam

Prezident İlham Əliyev “CNN Türk”ə verdiyi müsahibədən iki gün sonra – avqustun 16-da birinci xanım Mehriban Əliyeva ilə Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Dövlətimizin başçısı həmin müsahibədə Ermənistanın hamilərinə və dünya birliyinə kifayət qədər ciddi, açıq və sətiraltı mesajlar ünvanlamışdı. Elə bu səbəbdən, müsahibə beynəlxalq media ilə yanaşı, ölkə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bu da təsadüfi deyil. Çünki Ermənistanın atəşkəsi davamlı şəkildə pozması, müttəfiqlərindən və havadarlarından gələn qızışdırıcı və ziddiyyətli açıqlamalar cəmiyyətimiz tərəfindən yeni müharibəyə çağırış kimi qiymətləndirilir, haqlı olaraq etirazla qarşılanır.

Məlumdur ki, avqustun 10-u Məhərrəm ayı başlayıb. Əksər insanlar hesab edirlər ki, bu ayda toy və şənlik mərasimlərinin keçirilməsi düzgün addım deyil və günah sayılır. Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay da Məhərrəm ayında toy mərasimlərinin keçirilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.