Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Baku TV”nin efirində yayımlanan və qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin ailəsindən hazırlanan reportaj geniş rezonans yaradıb.
İyunun 5-də axşam saatlarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında avtomobil yolunun çökməsi nəticəsində qaz təsərrüfatına ziyan dəyib.
Bakıda müxtəlif üsullarla qayda pozan sürücü yol polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Belə ki, iyunun 5-i gecə saatlarında paytaxtın Səməd Vurğun, Həzi Aslanov küçələrinin kəşisməsində arxa qeydiyyat nişanı olmadan və qarşı tərəfi qaldırılmış vəziyyətdə hərəkət edən 99-OS-084 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilin sürücüsü yol polisləri tərəfindən saxlanılıb. Sürücü saxlanılarkən avtomobildə başqa qayda pozuntuları da aşkar edilib.
Dünəndən izləyirəm. Rəsmi şəxslər, deputatlar deyirlər ki, xarici media Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olması hadisəsini qabartmalı, Ermənistanın üzərinə getməlidir. Xarici media bizim qara qaşımıza, qara gözümüzə vurulub? Haqq? Kimdir haqqın yanında olan? Sən haqqını özün almalısan. Azərbaycan kimi dövlətlər buna məcburdur, alın yazısıdır. Dünyada çox sayda hərbi cinayətlər, soyqırımılar olub. Bunlara görə kimlər mühakimə edilib? Kimlər ki güclüdür, onlar da haqqını alıblar.