!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhidi Səmid Əliyevin adına xatirə lövhəsi açıldı - FOTO

Sumqayıtda Vətən müharibəsi şəhidi Əliyev Səmid Xoşbəxt oğlunun adına doğum günündə xatirə lövhəsi açılıb.

Yenicag.az xəbər verir ki, şəhid Samid Əliyev yaşasaydı, 23 yaşı tamam olacaqdı.

Qeyd edək ki, Səmid Əliyev 5 iyun 1998-ci ildə Sumqayıtda anadan olub. Valideynlərinin 7 ilik oğul həsrətindən sonra dünyaya gəlib. Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı. Həqiqi hərbi xidmət borcunu şərəflə başa vurduqdan sonra istehsalatda çalışmağa başlayıb. Ailədə 3 bacının yeganə qardaşı olan Səmid Əliyev Vətən müharibəsi başlamazdan əvvəl, 21 sentyabr tarixində könüllü ön cəbhəyə gedib. Oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezidentin sərəncamı ilə “Füzulinin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif təltif edilib.

Allah rəhmət eləsin!

www.yenicag.az

593
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100