Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Həftəmiz Almaniyanın Münxen şəhərində Avropa dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ənənəvi Təhlükəsizlik Konfransı ilə başa çatır. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Beynəlxalq münasibətlərin tarıma çəkildiyi, yeni dünya müharibəsi təhlükəsinin heç vaxt olmadığı qədər artdığı, dünyanın müxtəlif qütblərində münaqişə ocaqlarının alovlanmağa başladığı bir vaxtda keçirilən bu konfrans əlbəttə ki, mühüm əhəmiyyətə malikdir. Məsələyə Azərbaycanın mövqeyi və prioritetləri baxımından yanaşdıqda, Azərbaycan liderinin konfransa qatılması xüsusilə diqqəti cəlb edir.
ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə […]
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü […]
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilərək onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və qanunvericiliyin tələbləri onlara izah edilib.
Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən və digər yol-hərəkəti qaydalarına riayət etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.