Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.
Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib.
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətində növbəti onlayın-müşavirə keçirilib.
"Gecə təlimləri bütün qoşun növlərinin ən əhəmiyyətli təlimi olduğunu desək yanılmarıq. Hərbi nizamnamə və komandirlərin göstərişləri mənz bu dönəmdə daha diqqətli olmağı və bu təlim, yaxud döyüş əməliyyatlarına daha ciddi hazırlaşmağı tələb edir".