Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabirabad rayon İcra Hakimiyyətində növbəti onlayın-müşavirə keçirildi - Fotolar

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətində növbəti onlayın-müşavirə keçirilib.
Yenicag.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun rəhbərliyi ilə keçirilən müşavirəyə rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin, xidmət təşkilatlarının rəhbərləri, məşğulluq mərkəzinin direktoru, suvarma idarələrinin rəisləri, şəhər və kənd ərazi icra nümayəndələri, ümumilikdə 50 məsul vəzifəli şəxs qoşulub.
Onlayın-müşavirədə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də videokonfrans vasitəsilə Zirvə görüşü ilə cənab Prezidentimiz nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

İcra başçısı bu gün də ölkədə pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, karantin qaydalarının yumşaldılmasına baxmayaraq rayonda da profilaktik və təxirəsalınmaz tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Müşavirədə xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Korrupsiya, rüşvətxorluq, dövlət əmlakını talama halları dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilmişdir. Sabirabad rayonunda da bu istiqamətdə işlər aparılır. İcra Hakimiyyətində, idarə və müəssisələrdə, ərazi icra nümayəndəliklərində sağlam mühitin yaradılması daim diqqət mərkəzindədir. Qarşıya qoyulan vəzifələrin doğru-düzgün yerinə yetirilməsi üçün ictimai nəzarət gücləndirilmişdir.
Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirib ki, ölkə rəhbəri respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr rayonda da uğurla icra olunur. Ancaq suvarmanın təşkilində, taxıl yığımına hazırlığın vəziyyətində, torpaqdan, xüsusilə örüş təyinatlı sahələrdən istifadə də, baramaçılıqda yem ehtiyatının tədarükündə nöqsanlar da mövcuddur.
Müşavirədə məşğulluğun artırılması üçün bütün səylərin səfərbər olunması, ictimai işlərə cəlb olunanlara nəzarət və diqqətin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması hər bir idarə və müəssisə qarşısında qoyulan mühüm vəzifələr kimi səciyyələndirilib.
Suvarma idarələrinin, xidmət təşkilatları və məşğulluq mərkəzi rəhbərlərinin, ərazi icra nümayəndələrinin çıxışları dinlənilib.
Onlayn-müşavirəni yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən icra stukturları qarşısında qoyulan çox mühüm və təxirəsalınmaz vəzifələrdən danışıb, idarə, müəssisə və təşkilat rəhbərlərini qanuna uyğun olaraq üzərlərinə düşən işləri daha məsuliyyətlə və ardıcıllıqla yerinə yetirməyə çağırıb, iştirakçılara vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağın ciddiliyini bir daha xatırladıb..
Loading...

www.yenicag.az

481
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100