Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutan “Dünya İnsan Resursları Sammiti-2024” tədbirində 2 mükafat qazanıb. 50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynova “İlin ən yaxşı insan yönümlü Baş direktoru” mükafatı təqdim edilib. Bank eyni zamanda “Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyasında da təltif edilib.
"Ötən əsrin ortalarından etibarən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə, o cümlədən keçmiş birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş, habelə bələdiyyələr tərəfindən fərdi tikinti üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin dövlət qeydiyyatına alınması problemi də öz həllini tapmalıdır".